Mal və qoyun əti insan ömrünü qısaldır
13 Mart 2012 Çərşənbə Axşamı 20:38
Alimlər balıq, toyuq əti və qoz məsləhət görür.
Mal və qoyun əti ilə zəngin qida rasionu ürək xəstəlikləri və xərçəng riskini artırmaqla yanaşı insanın ömrünü qısaldır. ANS PRESS-in BBC-yə istinadən yaydığı məlumata görə, bu haqda Harvard Tibb Məktəbinin araşdırmasında bildirilir. Araşdırma 120 mindən çox insanın müayinəsinə əsaslanır.
Alimlər mal və qoyun ətini balıq, toyuq əti və qozla əvəz etməyi məsləhət görür. Doğrudur, Britaniya Kardioloji Assosiasiyası iddia edir ki, balanslaşdırılmış pəhriz çərçivəsində qırmızı ətdən istifadə təhlükəsizdir. Həmçinin əti qrildə hazırlamaq tövsiyyə edilir.
Mütəxəssislərin hesablamalarına əsasən, gündəlik rasiona əlavə miqdarda ətin daxil edilməsi ölüm riskini 13 faiz, ürək-damar xəstəliklərinə tutulma riskini 18 faiz, xərçəng xəstəliyi üzündən ölüm riskini 10 faiz artırır. Emal edilmiş ət isə ölüm riskini müvafiq olaraq 20, 21 və 16 faiz artırır.
Ehtimal olunur ki, qırmızı ətdə olan zəngin yağlar ürək sisteminin fəaliyyətinə mənfi təsir göstərir, emal olunmuş ətdə olan duz isə təzyiqin yüksəlməsi səbəbindən ürək xəstəlikləri riskini artırır.
DOSTLARINLA PAYLAŞ: