Kompyuter vaxtsız qırışlara səbəb olur
08 Aprel 2012 Bazar 11:00
Britaniyalı kosmetoloq həkim Maykl Preyge bu qənaətə gəlib.
Britaniyalı kosmetoloq həkim Maykl Preyger hesab edir ki, sifətin vaxtından qabaq qocalmasının səbəblərindən biri kompyuter arxasında işləməkdir.
O qeyd edib ki, onun üzündə vaxtsız qocalma əlamətləri olan pasiyentləri arasında kompyuterin monitoru qarşısında oturan qadınların faizi yüksəkdir. Tibb işçiləri belə vəziyyəti “kompyuter siması” termini ilə ifadə edirlər. Simptomları: sifətdə sərt qırışlar, gözlərin altında şişkinlik, nisbətən cavan qadınlarda boyun dərisinin sallanması.
Həkimlər “kompyuter simasının” səbəbini kompyuter arxasında oturuş tərzində (başın aşağı sallanması) və gərgin işin doğurduğu qeyri-iradi mimiki hərəkətlərdə görürlər. Kosmetoloq qadınlara kompyuterin yanına qoyulan güzgünün köməyi ilə öz mimik hərəkətlərinə nəzarət etməyi və hər saat üz əzələlərinin gimnastikasını keçirməyi tövsiyə edir.
DOSTLARINLA PAYLAŞ: