Keçəlləşmənin sirri məlum oldu
28 Mart 2012 Çərşənbə 15:17
Saç tökulməsinin qarşısını almaq mümkün olacaq
Pensilvaniya universitetinin tədqiqatçıların keçəlləşmə problemi olan kişilər və laboratoriya siçanları üzərində apardığı təcrübələr nəticəsində keçəlləşməyə səbəb olan protein müəyyənləşdirilib. ANS PRESS xarici mətbuata istinadən xəbər verir ki, alimlər öyrəniblər ki, əksər kişilərdə keçəlləşmə orta yaş dövründə başlayır və 70 yaşa qədər təxminən 80%-də gözlə görünəcək dərəcədə keçəlləşmə hiss olunur.

Burada əsas rolu isə kişi hormonu olan testosteron və genetik quruluş oynayır. Onların təsiri ilə tük soğanaqları azalır, saçlar isə getdikcə nazikləşir və artıq gözlə görünmyəcək dərəcədə azalır.


Alimlər öyrəniblər ki, keçəlləşən hissələrdə yerləşmiş saç soğanaqlarının hüceyrələrində prostoqlandin D proteininin səviyyəsi qalxır. Siçanlar üzərində aparılan tədqiqatlarda süni şəkildə proteinin miqdarını artırdıqda tüklərdə tamamilə tökülmə müşahidə olunub. İnsanlarda isə həmin proteinin qəbulundan sonra əkilmiş saçlarda uzanma prosesi dayanıb.

Dermatologiya fakültəsinin təcrübələrə rəhbərlik edən professoru Corc Koçarelisin sözlərinə görə, indi artıq onlara keçəlləmənin səbəbi məlumdur. Növbəti addım isə proteinin miqdarını aşağı salmaq və keçəlləşməni saxlamaqdır. İndi onlar saç soğanaqlarında həmin proteinin miqdarını azaltmaq fikrindədirlər. Tədqiqatçılar ümid edirlər ki, bununla onlar saç tökülməsinin qarşısını alacaq və yeni saçların çıxmasına səbəb ola biləcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar