Kafe və restoranlarda yoxlamalar aparılır
30 İyun 2011 Cümə Axşamı 19:51
Kafe və restoranlarda yoxlamalar aparılır. Ölkənin müxtəlif iaşə obyektlərində 510 kq saxta ərzaq götürülərək məhv edilib.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak bazarındakı monitorinqlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı

Bakının Suraxanı rayonunda Hövsan qəsəbəsi, Yeni Hövsan, ev 31, mənzil 32 ünvanında yerləşən "Tropikanka" kafesində, Hövsan qəsəbəsi, Hövsan çimərliyi ərazisindəki "Günəşli Sahil" kafesində, Hövsan qəsəbəsi, 106-108 saylı bağ sahəsi ünvanında yerləşən "Elnur" kafesində, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 15 ünvanındakı "Ballı" marketdə,

Sabunçu rayonunda Sabunçu qəsəbəsi, Sabunçu stansiyası ərazisində Tarix Rəcəbova məxsus mağazada,

Səbail rayonunda Salyan şosesində Məmməd Əliyevə məxsus mağazada, Salyan şosesi, Şahinbağ yaşayış sahəsində yerləşən "Panorama Lyuks" istirahət mərkəzində, Salyan şosesi, ev 32 ünvanında "İlkin" mağazasında, "Eldarado" restoranında, Şaiq Həmidova və Çingiz İbadova məxsus mağazalarda, Salyan şosesi, Şıx çimərliyi ərazisində yerləşən "Aysberq" istirahət mərkəzində və "Bayıl" MMC-yə məxsus restoranda,

Sumqayıt şəhərində Corat qəsəbəsi, Sarı Qaya ərazisində yerləşən "Sahil" kafesində və "Dostluq" yeməkxanasında, Corat qəsbəsində yerləşən "Okean" mağazasında, Sarı Qaya ərazisi, 970 A saylı bağ ünvanında yerləşən "Ulduz market"də,

Ağcabədi rayonunda Hindarx kəndində Firdovsi Kərimova və Cahandar İsmayılova məxsus mağazalarda,

Biləsuvar rayonunda Nizami küçəsində Əli Əliyevə və Elşən Nəcəfova məxsus mağazalarda,

Qax şəhərində V.Eyvazov küçəsində yerləşən "Ayşən" mağazasında,

Füzuli rayonunda Qayıdış qəsəbəsi, 5 ünvanında Qoşun Əsədova məxsus mağazada

ümumi çəkisi 510 kq-dan çox saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar