İynədən qorxanlar oxusun
10 Fevral 2011 Cümə Axşamı 18:10
İynə vurulan, qan alınan yerə baxmaq ağrını azaldır
İynəyə baxmaq ağrını azaldır. London kolleci ilə Milanın Bikokka universiteti tərəfindən ortaq aparılan araşdırma maraqlı nəticələr üzə çıxarıb. Araşdırmaya 18 könüllü qatılıb. Onarın əllərinə tədricən artan istilik tədbiq edilib. Eksperimentə qatılanların ətrafına isə güzgü yerləşdirilib. Könüllülər bu yolla əlləri üzərində aparılan prosesi izləyib. Nəticədə bəlli olub ki, insan üzərində hər hansı proses gedəndə, ona baxmaq ağrını azalda bilər.
Tədqiqatçılardan biri olan professor Patrik Haqardın sözlərinə görə, onlar adətən uşaqlara iynə vurularkən və ya qan verərkən proses aparılan yerə baxmamağı məsləhət görürlər. "Ancaq əldə etdiyimiz nəticələr buna baxmağın duyulan ağrı hissini azaltdığını ortaya çıxarıb".
Alimlər beyində görüntü və ağrı hissetmə şəbəkələri arasında əlaqə olduğunu düşünürlər. Onları fikrincə, bu araşdırma yeni müalicə üsullarının yaranmasına da kömək edə bilər.
DOSTLARINLA PAYLAŞ: