İstifadə etmədiyiniz alətləri ştepseldən çıxarın
13 Dekabr 2010 Bazar Ertəsi 06:10
Mütəxəssislər elektrik enerjisinin yaydığı radiasiyaya qarşı xəbərdarlıq edir
Türkiyə “Sakarya” universiteti Elektrik-Elektronik mühəndisliyi kafedrasının müdiri professor Osman Çərəzçi elektromaqnetik radiasiyanın insan səhhətinə mənfi təsir göstərdiyini bildrib. Çərəzçi evdə atılacaq bəzi kiçik addımlarla bunun qarşısını almağın mümkün olduğunu bildirib. “Elektrikli məişət cihazlarından istifadə etmədiyiniz vaxt onları ştepseldən çıxarın. Cihazlar işləməsə də ştepselə taxılı qaldığı vaxt elektrik sahəsi yaranır. İşlədiyi vaxt isə maqnetik sahə də yaranır”.
Çərəzçi bu vəziyyətin yataq otağında xüsusilə təhlükəli olduğunu bildirib və yatarkən ştepselə taxılı cihaz qalmamasına diqqət etməyi məsləhət görüb. Yatağın altından keçən uzatma kabelinin bu baxımdan çox təhlükəli olduğunu vurğulayan Çerezçi 2 ildən çox istifadə olunan mikrodalğa sobaların da evdə elektromaqnetik radiasiya sahəsi yaratdığını bildirib.
Ev içində naqilsiz internet əlaqəsinin də elektromaqnetik radiasiya yaratdığını deyən Çərəzçi mobil telefonun yaydığı radiasiyanın beyn dalğalarına təsir edərək yuxusuzluq yaratdığını bildirib.
DOSTLARINLA PAYLAŞ: