İsti havadan qorunmağın yolları
18 May 2010 Çərşənbə Axşamı 15:50
Qarşıdan yay gəlir. Havanın hərarəti artır. İsti havadan qorunmağın yolları.
Qarşıdan yay gəlir. Havanın hərarəti artır. Havanın isinməsi insanların səhhətlərinə də təsirsiz ötüşmür. Sağlamlıqla bağlı müəyyən problemlər də yaşanır. Günəş və kəskin istilərin mənfi təsirindən qorunmaq üçün mütəxəssislərin məsləhətlərinə diqqət edilməlidir.

Saat 10:00-16:00 arası mümkün qədər açıq havaya çıxmayın.
Nazik və açıq rəngli paltarlar geyinin.
Günəşin altında idmanla məşğul olmayın.
Ağır və çox yemək yeməyin. Meyvə, tərəvəzə üstünlük verin.
Olduğunuz yeri - məkanı havalandırın.
Günəşin altına çıxmazdan əvvəl gün əleyhinə krem sürtün.
Gün eynəyindən istifadə edin.
Gözlərdə ola biləcək hər hansı ağrı, qızarmalar müşahidə edən kimi həkimə müraciət edin.
Gün yanıqlarına türkəçarə ilə müdaxilə etməyə çalışmayın.
Bol-bol maye qəbul edin.
Böyük ətrafıolan papaqlardan istifadə edin.
Pambıq parçalardan istifadə edin. Xüsusilə yay fəslində ayaqlarda göbələk yaranmasının qarşısını almaq üçün pambıq çorablara üstünlük verilməlidir.
Tez-tez duş qəbul edin.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar