İnsanlara supergüc verən qida
05 Fevral 2011 Şənbə 14:55
Gündə 300 qram ispanaq əzələləri möhkəmlədir
Gündə 300 qram ispanaq yeməklə sözün əsl mənasında “dəmir” əzələlərə sahib olmaq mümkündür. İsveçin Karolina İnstitutunun alimləri belə qənaətə gəliblər. Tədqiqatçılar müəyyən ediblər ki, məhz bu miqdarda yaşıl tərəvəz əzələlərin oksigenə tələbatını 5 faiz azaldır və əzələlərin effektivliyi xeyli artır.

İspanağın faydalı xüsusiyyətləri barədə çox danışılıb. Bir neçə il əvvəl sübut olunub ki, ispanaqla korluğun bir neçə növünü müalicə etmək olar. Tədqiqatçılar ispanaqdan işıqudan piqmentlər əldə edib onları qişanın sinir hüceyrələrinə yeritmək üsulunu işləyib hazırlayıblar. Təcrübə göstərir ki, işıq sinir hüceyrələrini hərəkətə gətirir. Bu metod fotosintez prosesinin bir hissəsinə - işıq düşəndə ispanağın elektrik impulsunu generasiya etmək xüsusiyyətinə əsaslanır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar