İlan sancması zamanı neyləmək lazımdır?
12 Dekabr 2009 Şənbə 23:10
İlan sancması zamanı neyləmək lazımdır?. Zəhəri sovurub çıxarmaq yaxşı fikir deyil.
Sancma zamanı sonradan serum vurularkən onun növünü dəqiq bilmək üçün ilanın görünüşünü yadda saxlamaq lazımdır.

İlan sancmasında dişlənən yerdə bərk ağrı, orqanizmin zəhərlənməsi əlamətləri - başağrısı, hərarətin artması, zəiflik, özündəngetmə halları müşahidə olunur.

Təxirəsalınmaz tibbi yardım: xəstə arxası üstə uzadılır. Maksimum çalışmaq lazımdır ki, ilan sancan nahiyə tərpənməsin, çünki zəhər yayıla bilər.

Zəhəri sovuraraq çıxarmaq yaxşı fikir deyil, çunki ağızdan zəhər qana keçə bilər. Amma başqa heç bir çıxış yolu yoxdursa, ilan sancmasından dərhal sonra 10-15 dəqiqə müddətində bunu etmək olar. Əgər özünüzlə kiçik banka götürmüsünüzsə, onun içində kibriti yandırıb sonra yaranın üzərinə kip basa bilərsiniz. Bu zaman yaranmış vakum zəhərin bir hissəsini sovurub çıxarır. Bankanı 15-20 dəqiqə saxlayın.

Bu tədbirlərdən sonra sancılmış yerə soyuq şey qoyulur, daxilə, əgər varsa, Dimedrol (0.05 qr) verilir.
Sonra xəstə təcili xəstəxanaya çatdırılmalıdır. Burada ona həmin ilanın zəhərinə qarşı serum vurulur və başqa tədbirlər həyata keçırılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar