İki gündən sonra Azərbaycana vaksinlər gətiriləcək
04 Yanvar 2010 Bazar Ertəsi 18:10
Peyvəndlərin ilk partiyası əhalinin risk qrupuna aid olan təbəqəsinə vurulacaq
Azərbaycana "A H1N1" virusuna qarşı vaksinlər yanvarın 6-da gətiriləcək.
Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov vaksinlərin ölkəyə əvvəlcədən müəyyən olunmuş miqdarda, yəni 170 min doza həcmində gətiriləcəyini bildirib. Bu da əhalinin təqribən 2 faizi üçün nəzərdə tutulub. Peyvəndlərin ilk partiyası əhalinin risk qrupuna aid olan təbəqəsinə, əsasən tibb işçilərinə, gömrük-sərhəd xidmətinin əməkdaşlarına, bronxial xəstələrə və hamilə qadınlara vurulacaq. Onun sözlərinə görə, Azərbaycanda xəstəliklə bağlı vəziyyət hələlik stabil olduğu üçün vaksinlərin göndərilməsində bir az ləngimələr yaranıb.

Xatırladaq ki, Azərbaycanda 14 nəfər "donuz qripi"nə yoluxub. Onlar arasında ölüm faktı qeydə alınmayıb. Xəstələr hamısı müalicə edilərək evə buraxılıblar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar