İki azərbaycanlı “donuz qripinə” yoluxub
13 Oktyabr 2009 Çərşənbə Axşamı 14:25
Onlar müalicə aldıqdan sonra evə buraxılıblar
Azərbaycan Səhiyyə Nazirliyi respublikada A/ H1N1 qripi epidemiyası gözləmir. Bu barədə səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.
"Azərbaycanda yolxucu xəstəliklərin qarşısının alınması məqsədilə ümumilikdə tədbirlər görülür və düşünürəm ki, təkcə pandemiya deyil, o cümlədən A/H1N1 epidemiyası da gözlənilmir", - deyə o bildirib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyi vəziyyəti daimi nəzarətdə saxlayır. Ağayev xatırladıb ki, “donuz qripi” virusunun yayıldığı müddət ərzində dünyada cəmi iki azərbaycanlı sözügedən qripə yoluxub, lakin onlar müalicə nəticəsində tez bir zamanda sağalıblar.
O həmçinin bildirib ki, Azərbaycanda virusun yaranma təhlükəsinin olmamasına baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı dünya ölkələrinə yardım çərçivəsində tezliklə respublikamıza vaksin partiyası göndərməyə hazrlaşır.ANSPRESS
DOSTLARINLA PAYLAŞ: