Hidrometeoroloqlar xəbərdarlıq edir!
02 Avqust 2010 Bazar Ertəsi 11:35
Yaxın 3 gündə gözlənilən hava şəraiti ürək-damar xəstəlikləri olanlar üçün risklidir.
Bakıda və Abşeron yarımadasında avqustun ayının ilk günlərində günəşli hava olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, sabah şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-27°, gündüz 35-38°, bəzi yerlərdə 40°, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30°-yə çatacaq.

Avqustun 4-də günəşli hava və şimal-şərq, şərq küləyi proqnozlaşdırılır. Havanın temperaturu gecə 23-26°, gündüz 36-39° olacaq.

Avqustun 5-də şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 24-27°, gündüz 36-39° olacaq.

Azərbaycanın rayonlarında avqustun 3-də günəşli və şərq küləkli hava olacaq. Havanın temperaturu gecə 19-24°, gündüz 36-39°, bəzi yerlərdə 41°, dağlarda gecə 14-19°, gündüz 29-34° təşkil edəcək.

Avqustun 4-5-də havanın temperaturu gecə 20-25°, gündüz 35-39°, bəzi yerlərdə 42°,
dağlarda gecə 15-20°, gündüz 30-35°-yə çatacaq.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında güclü isti diskomfort şəraitin davam edəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas, xüsusən də ürək-damar xəstəlikləri olan insanlar üçün risklidir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar