Həm ləzzətli, həm də qoxusuz balıq ziyafəti
11 Mart 2012 Bazar 15:23
Dadlı yeyərək orqanizminizi möhkəmləndirin
Həftədə ən azı iki dəfə balıq yeyilməlidir. Lakin iş onu bişirməyə gələndə evimizi bürüyən qoxudan şikayət edirik. Buna görə də alternativ birişirmə üsullarından istifadə etmək ən yaxşı çıxış yoludur.
Yağda qızardılan balığın qoxusu həm çox çıxır, həm də onun sağlamlığımız üçün tərkibində olan vitaminlərdən əsər-əlamət qalmır. Bunun üçün balığı yağda qızartmaq əvəzinə onu soba və ya buxarda bişirmək daha önəmlidir. Balığın qurumaması üçün kağız və ya folqaya büküb bişirə bilərsiniz. Həm istədiyiniz az qoxulu, həm də ləzzətli reseptə malik olmaq istəsəniz, çapaq balığından istifadə etməniz olduqca faydalı olar. Çapaq balığı orqanizmi möhkəmləndirməklə yanaşı tərkibindəki Omega3 yağları bədən hücrələrini yeniləyir.
Ləvazimatlar:
4 ədəd çapaq balığı filesi (dərili)
30 qr kərəyağı
4 diş sarımsaq
2 yemək qaşığı zeytun yağı
1/2 ədəd limonun suyu
1 ədəd limon qabığı
1 stəkan balıq suyu
3 dəstə cəfəri (xırda doğranmış)
2 dəstə təzə soğan (xırda doğranmış)
2 dəstə nanə (xırda doğranmış)
1 stəkan su
duz, istiot
Nuş olsun!
DOSTLARINLA PAYLAŞ: