Hansı meyvə şirəsi sizə daha xeyirlidir?
03 Mart 2012 Şənbə 18:12
Təbii şirələr qida maddələri ilə zəngindirlər.
Hər bizimiz meyvəni sevirik. Meyvələrin suyuna isə biganə qalmaq ümumiyyətlə mümkün deyil. Bəs hansı meyvənin bizə nə xeyir verdiyini bilirikmi?

Portağal şirəsi : Bir stəkan portağal suyu gündəlik C vitamini tələbatını qarşılayır. Kalium, fol turşusu, B1, B2, B6 vitaminləri və müxtəlif mineralları təşkil edən portağal suyunun xərçəng hüceyrələrinin inkişafının qarşısını alır və kapilyar damarları gücləndirir.

Qaysı şirəsi: Bir stəkan qaysı suyu gündəlik A vitamini tələbatının 1/3-ü ödəmək qabiliyyətinə malikdir. Qaysının tərkibində olan sellüloza sadəcə qəbzlik deyil, bağrısaqda sancı, korbağırsaq, babasilə qarşı yaxşı təsir edir. Diş xəstəlikləri, artıq çəki, şəkər xəstəliyi, ürək xəstəlikləri, xərçəng kimi xəstəliklərin əmələ gəlmə riskini azaldır, bağırsağın nizamlı işləməsinə yardım edir.

Üzüm şirəsi: Üzüm suyu A, B və C vitaminlərindən zəngin olması ilə yanaşı bol miqdarda kalium və dəmirdən ibarətdir. Güclü antioksidantın özəlliyi sayəsində vücudda əmələ gələn sərbəst radikallarla mübarizə apararaq hücrələrdəki qocalmanı azaldır və immunitet sisteminin güclənməsinə şərait yaradır.

Şaftalı şirəsi: Şaftalı suyu A və C vitami ilə boldur. Güclü bir antioksidant və A vitamini fəaliyyətini təmin edən beta karotin baxımından zəngin olan mayedir. Qida lifləri və antioksidant maddələr, ürək-damarlar və xərçəngdən qorunmaq üçün böyük təsirə malikdir

Nar şirəsi: Xolesterol və şəkəri tənzimləyərək ürəyin sağlamlığını qoruyan nar suyu xərçəng hüceyrələrinin inkişafının qarşısını alır. Bundan başqa, bağırsaq parazitlərini də salmağa təsir edir.

Albalı şirəsi: Qızdırma ilə müşayiət eddilən xəstliklərə qarşı güclü silah olan albalıda A vitamini və kalium var. Qandakı toksinləşməni də təmizləyən albalı suyu mədə və qaraciyərin nizamlı şəkildə işləməsini təmin edir.

Alma şirəsi: Alma immunitet sistemini gücləndirici özəlliyi olan B3, E vitamini və kaliumdan ibarətdir. Qanda şəkərin miqdarını nəzarətdə saxlayan alma suyu baş ağrısına qarşı da yaxşı təsir edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar