Hansı meyvə hansı xəstəliyin dərmanıdır?
12 İyul 2011 Çərşənbə Axşamı 23:48
Hansı meyvə hansı xəstəliyin dərmanıdır? Meyvə və tərəvəzin insan orqanizmi üçün faydaları.
Meyvə və tərəvəz insan orqanizmi üçün çox faydalıdır. Bir çox xəstəliklərin qarşısının alınması və bədənin möhkəmlənməsi üçün meyvə və tərəvəzin qəbul olunması məsləhətdir.

Alma xərçəng xəstəliyinin müalicəsində, xərçəngdən qorunmada, allergiya və ürək damar xəstəliklərində faydalıdır. Gündə ən az qabığı ilə birlikdə 2 alma yemək faydalıdır.

Nar da insan orqanizmi üçün çox faydalıdır. Tərkibindəki bəzi maddələr sayəsində xolesterol və şəkəri tarazlayır. Həmçinin, ürək sağlamlığını qoruyur, qanı artırır. Bu səbəbdən gündə 1 stəkan təzə sıxılmış nar suyunu içmək, yaxud da 2-3 dənə nar yemək faydalıdır.

Son 10 il ərzində alimlərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, qara üzüm xərçəng xəstəliyinə çox faydalıdır. Bundan başqa, qara üzüm ürək damar xəstəlikləri üçün də faydalı sayılır. Meyvənin qabığı ilə birlikdə yeyilməsi məsləhətdir. Gündə 1-2 stəkan qara üzüm suyu insan orqanizmi üçün çox faydalıdır.

Böyürtkən də insan orqanizmi üçün çox faydalıdır. Böyürtkən xərçəngli hüceyrəli öldürür. Böyürtkən yarpaqları da çox faydalıdır. Onu çay kimi dəmləyib içmək bütün orqanizmdəki mikrobları öldürür və bədənə qüvvət verir.

Albalı da insan orqanizmi üçün olduqca faydalıdır. Albalı xərçəng xəstəliyinn meydana gəlməsini və şiddətlənməsinə mane olar. Xüsusilə döş, dəri, ağciyər və qaraciyər kimi xərçəng tiplərində təsiri güclüdür.

Qarpız da insan orqanizmi üçün olduqca xeyirlidir. A və C vitamini cəhətdən zəngin olan qarpızın tərkibindəki faydalı maddələr bədəni xərçəngə qarşı qoruyur, toksik maddələrdən təmizləyir. Həmçinin, böyrəkdə daş olan zaman qarpız yemək çox faydalıdır.

Qırmızı turp insanda ağciyər xərçəngi riskini azaldır, döş xərçəngindən qoruyur. Bol miqdarda turp salatı yemək məsləhətdir.

C vitamini ilə zəngin olan qırmızı bibərini yemək çox faydalıdır. O xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alır və immunitet sistemini gücləndirir, bədəni zərərli maddələrdən qoruyur.

Pomidor yemək də olduqca xeyirlidir. Xüsusilə yüngül bişmiş pomidor prostat problemlərindən qoruyur. Pomidor yemək ağciyər və döş xərçənginin yaranmasına mane olur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar