Hadı Rəcəbli: Azərbaycanda abort qadağan edilə bilər
21 İyun 2012 Cümə Axşamı 12:08
Komitə sədri Hadı Rəcəbli qeyd edib ki, aborta qanunda istisna hal kimi, bir sıra xəstəliklərlə bağlı icazə verilə bilər.
Azərbaycanda abort qadağan edilə bilər. APA-nın xəbərinə görə, bunu Milli Məclisin Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli deyib.

H. Rəcəbli bildirib ki, abortun qadağan olunması məsələsi Ailə Məcəlləsində və “Sağlamlığın qorunması haqında” qanunda öz əksini tapa bilər: “Uşağın cinsinə görə abort edilməsi ciddi fəsadlarla müşahidə olunur. Dünyanın bir sıra ölkələrində, Çində, İranda abort qadağan olunub. Abort vəhşilik, insanın öldürülməsi, eyni zamanda insanların seksual tərbiyəsinin aşağı olmasıdır”.

Komitə sədri qeyd edib ki, aborta qanunda istisna hal kimi, bir sıra xəstəliklərlə bağlı icazə verilə bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar