Gün ərzində 4 saat oturanların həyatı təhlükədədir
23 May 2013 Cümə Axşamı 03:01
4 saatdan çox oturan insanlarda yüksək təzyiq, şəkər, ürək və böyrək narahatlıqları, xolesterol və obezite kimi hallar müşahidə olunur.
Alimlər gün ərzində 3 saatdan çox oturmağın zərərlərini açıqlayıblar. 4 saatdan çox oturan insanların çoxunda yüksək təzyiq, şəkər, ürək və böyrək narahatlıqları, xolesterol və obezite kimi halların müşahidə olunduğu bildirilib. Statistikalara görə, 4 saatdan çox oturanlar hər gün idman etsələr belə bu xəstəliklərdən qoruna bilmirlər. Amerika və Avstraliyada aparılan araşadırmalar gün ərzində 6 saatdan çox oturanların 80%-ində şəkər xəstəliyinin olduğunu göstərib. Oturma müddətini 3 saata endirənlərin ömürlərinin iki il uzana biləcəyi bildirilib. Həkimlər, ayaqda həlloluna biləcək işləri icra edərkən oturmamağı, əgər oturma zəruriliyi varsa tez-tez ayağa qalxıb gəzməyi, telefon danışıqlarını ayaqda etməyi məsləhət görürlər.
DOSTLARINLA PAYLAŞ: