Gəncədə onkoloji xəstələrin sayı artıb .
Azərbaycanın ikinci böyük onkoloji xəstəliklərin erkən diaqnostikası və müalicəsi üçün yeni tibbi avadanlıqlar gətirilib
Gəncədə onkoloji xəstəliklər nisbətən cavanlaşır. Bu il həmçinin aşkar olunan xəstələrin də sayının ötən ilkindən çox olacağı deyilir. Bununla belə ürəkaçan məqam ondan ibarətdir ki, onkoloji xəstəliklərin erkən diaqnostikası və müalicəsi üçün Gəncəyə yeni tibbi avadanlıqlar gətirilib.
ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, Gəncədə 310-320 onkoloji xəstə aşkar olunsa da, bu il sona çatmadan rəqəmlər ötən ilkini üstələyib. Gəncədəki Onkoloji Xəstəxanadan verilən məlumata görə, pasientlərin yaş qruplarına nəzər saldıqda son illər onkoloji problemlərlə gənclərin və orta yaşlıların daha çox müraciət etdiyi məlum olur. Xəstəxananın baş həkimi bunu xəstəliklərin artma tendensiyası ilə əlaqəlidir.
“Əvvəllər 30-40 yaş arasında çox nadir hallarda belə problem olurdu, bu gün isə biz daha ona nadir hal kimi baxmırıq. Bunların hamısına bu xəstəliyin potensial daşıyıcısı kimi baxırıq ki ola bilər, ehtimal var”, - Gəncədəki Onkoloji xəstəxananın baş həkimi Zikrət Hüseynov deyib.
Bu günlərdə Gəncədəki adıçəkiləm xəstəxanaya süd vəzi xərçənginin erkən müəyyən olunması mümkün edən mamoqraf və şüa diaqnostikaya imkan verən tomoqraf tibbi avadanlıqları gətirilib. Xəstəxanadan verilən məlumata görə, bu avadanlıqlarla müayinə və müalicəni apara bilək mütəxəssislər də var. Onlar xaricdə təlimlər keçiblər. Şüa diaqnostika aparatı olan tomoqrafı xəstəxanaya MAQATE təşkilatı (atom enerjisi üzrə beynəlxalq agentlik) tərəfindən humanitar yardım kimi verilib. Mamoqraf isə Milli Onkoloji mərkəz Gəncədəki xəstəxanaya verib.
“Şüa müalicəsinə getməmişdən əvvəl xəstələr bu aparat altında xəstəliyi simulyasiya olunur, ölçüsü həcmi, yerləşdiyi yerlər, yaxın toxumalara sirayət etməsi öyrənilir. Bütün suallara cavab tapıldıqdan sonra şüa müalicəsi aparılır bu isə səmərəliliyi artırmaq üçündür”, - Zikrət Hüseynov bildirib.
Qeyd edək ki, yeni gətirilən tibbi avadanlıqlarla müayinədən sorna pasiyentlər yoxlamanın nəticəsini həm kağız, həm də elektron daşıyıcıda özləri ilə apara biləcəklər.