Əsəbi insan tez kökəlir
01 Fevral 2012 Çərşənbə 14:42
Xarakter ilə bədən kütlə indeksi arasında əlaqə var
İnsanın xarakteri onun çəkisi arasında əlaqə var. 50 ildən çox müddətdə aparılan yoxlamalar nəticəsində bu qənaətə gəlinib. ABŞ-dakı Milli Yaşlanma İnstitutunun 1988 insan üzərində apardığı araşdırma xarakter ilə bədən kütlə indeksi arasında əlaqə olduğu üzə çıxıb.
Çətinliklə məmnun qalanlar, rəqabəti sevənlər, əsəbi və ictimai dəyərlərə çox qiymət verməyən insanların bədən kütlə indeksinin normadan çox olduğu bəlli olub. Əsəbi insanlar həyatları boyu çəkilərinin artıb-azalması ilə bağlı problemlər yaşayırlar və köklüyə meyilli olurlar.
DOSTLARINLA PAYLAŞ: