Əməl et və depressiyadan xilas ol
18 Noyabr 2012 Bazar 13:10
Payız depressiyasından xilas olmağın yolları.
Payız depressiyası və əsl depressiya tam müxtəlif vəziyyətlərdir. Depressiya - xəstəlikdir, psixi pozuntudur. Payız depressiyası - xəstəlik deyil, sadəcə psixi qərarsızlıq vəziyyətidir, ərval-ruhiyyənin tez-tez dəyişməsi, həvəssislik, qıcıqlanma, süstlük, məyusluq, dilxorluq kimi vəziyyətlərlə xarakterizə olunan psixi emosionallıq fonudur. ANS PRESS-in "Aysel"ə istinadla verdiyi məlumata görə, depressiyanın səbəbi bu fəsildə gündüzlərin qısalması, yağışlı tutqun hava, tünd rəngli geyimlər və yeknəsəq iş günləridir və bunların insanın əhvalına təsiri böyükdür.

Statistikaya görə, depressiya planetin hər beş sakinindən birində özünü büruzə verir. Bu, heç də təəccüblü deyil: havaların getdikcə soyuması, tutqun və yağışlı olması, günəşli günlərin qısalması və payızın digər atributları istənilən insanın əhval-ruhiyyəsini korlaya bilər. Amma belə xoşagəlməz təsirə təslim olmağınıza dəyməz, axı davam edir. Odur ki, həyatın bu üzünü də şevinclə yaşamaq lazımdır!

1. Günəşli günlərinizi çoxaldın!
Unutmaq olmaz ki, günəş bizi enerji ilə qidalandırır, odur ki, onu az hiss edəndə özümüzü süst və gücdən düşmüş hiss edirik. Bundan qaçmaq üçün günəşli günlərinizi çoxaldın. Bunun üçün lazımdır:
- gün çıxanda yuxudan oyanmaq - əlbəttə ki, bu, ideal hal olardı. Axı günəşlə eyni vaxtda oyanmaqla bərabər ondan daha böyük enerji ala bilərik.
- gün çıxana qədər gəzintilərə çıxmaq - işə piyada gedir, nahar fasiləsi zamanı küçəyə çıxır, istirahət günləri çalışıb evdə qalmamaq.
- ev, iş və təhsil aldığınız yerdə özünü işıqla əhatə etmək - pəncərələri açmaq, işıqlandırmaya qənaət etməmək.

2. Doyunca yatın!
Əgər payız qüssəsinə qalib gəlmək istəyirsinizsə, doyunca yatın. Həmçinin yatmazdən əvvəl otağın havasını dəyişməyi, çox yeməməyi də unutmayın. İstirahət günləri, eləcə də gündüz yatmaq daha yaxşı olar. Saat 16-ya qədər yatmaq isə faydalı gündüz yuxusu hesab edilir. Yata bilməyəndə lavanda ilə vanna qəbul etmək, yaxud əvvəlcədən içinə bal qatılan bir stəkan ilıq süd içmək olar.

3. Düzgün və mükəmməl qidalanın!
Düzgün qidalanma - sağlamlığın rəhni və özünü əla hiss etmək deməkdir.
- Təzə meyvə və tərəvəzlər çox yeyin, payız fəslində bunlar bol olur.
- Süd məhsullarını da unutmayın - əvəzolunmaz zülallar və lazımlı kalsium məhz bu məhsullarda çox toplanıb.
- Xörəkləri buğ, yaxud da qrildə hazırlayın, belə xörəklər üçün onlarla resept var. Şirin və un xörəklərinə çox meyl etməyin. Onlar ləzzətli olsa da, hər halda çox fayda gətirmir.
- Vitaminlər için - orqanizminizin divarlarına bir neçə kərpic də əlavə edin.

4. Özünüzə hobbi tapın!
Bəzən payız melanxoliyası məhz insan özünə məşğuliyyət tapa bilməyəndə baş verir. Odur ki, sadəcə, könlünüzə yatan maraqlı məşğuliyyət tapmağınız yaxşı olar, bu sizə ən azı, məmnunluq gətirir.
- Xarici dil öyrənməklə məşğul olun.
- Kulinariya şedevrləri yaradın, başqa ölkələrin kulinariyası ilə tanış olun.
- Müəyyən treninqə üzv yazılın, bu sizə çoxdan arzuladıqlarınızı çatmağa kömək edər.
- Nağıl, şeir, hekayə, ya da nə isə yazmağa çalışın - bununla özünüzdə əvvəllər sezmədiyiniz meylləri aşkar edərsiniz.
- Rəsm, yapma, yaxud başqa bədii təsvir növləri ilə məşğul olun.
- Toxumaq və naxış tikməyi bacarmırsınız - öyrənmək heç vaxt gec deyil. Onsuz da naxışlı geyimlər həmişə dəbdədir.
Bir sözlə özünüzdə görmədiyiniz keyfiyyətləri aşkara çıxarın!

5. Şəraiti dəyişin!
Mənzilinizdə dəyişikliklər edin. Təmir və ya kiçik, amma əsas - məsələn, mebelin yerini dəyişmək, pəncərə pərdəsini, yataq dəstini başqası ilə əvəz etmək, yeni gülqabı almaq kimi yeniliklər edin.

6. Aşiq olun!
Müstəqil və cəlbedici olub yeni məhəbbət yetirsəniz, payız depressiyası bir anda yox olar. Bir fincan ləzzətli kofe ilə rahat atmosferdə ikilikdə oturub çox əziz və həm də tamamilə mənasız nə barədəsə söhbət etmək əladır! Payızda «tapılan» kişi - qorxusuzluğun (qışın soyuğuna qarşı) təminatçısıdır. Bir də ki, o sizi qucağı və sevgisiylə qızdırdığı halda nə soyuq? Əgər ərdəsinizsə və ya ciddi münasibətləriniz varsa, duyğularınızı təzələyin. Sevimlinizin qayğısına qalın, ona kiçik hədiyyələr bağışlayın, diqqət göstərin, dəstək olun - belə atmosfer təkcə payız depressiyasından qurtulmağa kömək etmir, həm də külli miqdarda müsbət emosiyalar yetirir və xoşbəxt məhəbbət ilə yükləyir.

7. Yaxın adamlarınızla ünsiyyət saxlayın!
Siz qohumlara və tanışlara ehtiyac duyduğunuz kimi, onlara da siz lazımsınız. Yaxın insanlarla ünsiyyət əhval-ruhiyyəni yüksəldir, müxtəlif problemləri həll etməyə kömək edir. Ailənizi sevindirin - onlara pis havada gərək olan kiçik hədiyyələr bağışlayın, müəyyən arzularını yerinə yetirin, konsertə, teatra dəvət edin. Dostlarınızı isə şirniyyatla çay süfrəsinə dəvət etmək olar. Belə şəraitdə qüssə çəkmək olarmı?

8. Bədən quruluşunuzun gözəlliyi haqqında unutmayın!
İdman stresi yatırır, yəni stress hormonlarında adrenalinin parçalanmasını sürətləndirir. İdmanla məşğul olduqdan sonra beynin qanla təchiz olunması yüksəlir, bu isə mənimsəməni, yadda saxlamaq qabiliyyətini, əsas məqamlarda fikrini cəmləşdirməyı artırır. İntensiv məşqlər, o cümlədən səhərlər qaçmaq sevinc hormonu - endorfin ifraz olunmasına imkan yaradır. Təsirləri: əvvəl sevinc, sonda isə dinclik və sakitlik hissi.

9. Yaxşı əhval-ruhiyyədə qalmağı səmimi-qəlbdən arzu edin!
Bizim düşüncələrimiz maddidir - biz ətraf aləmə təsir edirik, o isə yox. Süstlük, fəaliyyətsizlik hisslərinə təslim olub-olmamaq isə sizdən asılıdır. Hər şeydə, hər kəsdə müsbət cəhət tapın, xeyirxah olun, tez-tez gülümsəyin. Heç olmasa hərdən özünüzü ürəkdən sevinməyə vadar edir, sanki işdən istirahətə çıxmısınız, yaxud evinizə məzəli evdovşanı gətirmisiniz.


DOSTLARINLA PAYLAŞ:

oyunlar