Əkiz uşaqların sayı son 5 ildə artıb
29 İyun 2012 Cümə 07:09
Bu daha çox süni mayalanmaya müraciət edənlərin çoxalması ilə əlaqələndirilir.
2011-ci ilin statistikasına görə Azərbaycanda yeni doğulan körpələrin sayı 176 072-dir. Bunlardan da 1 506 əkiz, 33 üçəm olub. Əkiz uşaqların sayı son 5 ildə artıb. Bu daha çox süni mayalanmaya müraciət edənlərin çoxalması ilə əlaqələndirilir.
Fizioloji olaraq əkizlərin dünyaya gəlməsi isə daha çox irsiyyətlə bağlıdır. Belə ki, əgər nəsildə, ailədə əkiz olubsa, sonrakı nəsillərdə də əkizlərin olması gözlənilən haldır. Bir çox hallarda özü əkiz olan qadınların əkiz övladı dünyaya gəlir. Hətta uzun illər övladı olmayanların belə əkiz övladı dünyaya gələ bilər.
Qeyd edək ki, yeni doğulan uşaqların arasında oğlan uşaqları daha çox olduğu kimi əkiz uşaqlar arasında da oğlanlar üstünlük təşkil edir. Xüsusən süni mayalanma ilə doğulan uşaqlarda cinsiyyət seçimi etmək mümkün olduğundan oğlan uşaqlarının dünyaya gəlməsi faktı daha çoxdur.
DOSTLARINLA PAYLAŞ: