Ədviyyat yağı neytrallaşdırır və ürəyi qoruyur
12 Avqust 2011 Cümə 12:12
Həkimlər yağlı qidaların pişirilməsində müxtəlf ədavalardan istifadəni məsləhət görür
Alimlər yağlı qidanı hind ədviyyatı ilə pişirməyi məsləhət bilirlər. Onlar iddia edirlər ki, ədviyyat hətta sağlamlıq üçün ən zərərli yeməklərin qəbulu zamanı ürəyi qoruyur.
Pensilvaniya Universitetinin mütəxəssislərinin sözlərinə görə, darçın, istiot, sarıkök və digər ədəvalar oksidləşdirici stressi azaldırlar və ürəkdə xroniki xəstəliklərin inkişafı riskini azaldırlar.
Tədqiqatlar sübut edib ki, ədavalar triqliseridlərin konsentrasiyasını üç dəfə azaldırlar. Bununla yanaşı qanda antioksidlərin aktivliyi əhəmiyyətli dərəcədə artır.
Həkimlər rozmarin, darçıb, kəklikotu, qara istiot, sarıkök, qırmızı istiot, mixək kimi ədəvaları mütəmadi olaraq istifadı etməyi məsləhət bilirlər.
DOSTLARINLA PAYLAŞ: