Ədviyyat və tamlı qatqılar alarkən aldanmayın
16 İyun 2011 Cümə Axşamı 10:24
Bu məhsulları alarkən onların saxlanma şəraitinə və markalanmasına diqqət edin.
Ədviyyatlar və ətirli otlar insan orqanizmində həzmi yaxşılaşdıran, iştah açan, xörəklərə, şirniyyatlara, mürəbbələrə, içkilərə və digərlərinə dad, xüsusi ətir verən bitki növlərinin müəyyən hissələridir. Bu məhsullar əsasən iki növə ədviyyat və ətirli otlara ayrılırlar. Əslində ədviyyatla ətirli otlar arasında o qədər də böyük fərq yoxdur. Ədviyyat ətirli otların, ağac qabıqlarının, meyvələrin və toxumların qurudulmuş halıdır. Ətirli otlar xörəyə ətir verirkən, ədviyyatlar xörəyin ləzzətini artırır.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti vətandaşlara ədviyyat alarkən diqqətli olmağı məsləhət bilir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ticarət şəbəkəsində realizə olunan və kulinariyada geniş istifadə edilən əsas ədviyyat növləri vanilin, mixək, darçın, quru nanə, toz və dənəvər qara istiot, zəfəran, sumaq, sarıkök, zəncəfil, cirə, razyanadır. Eyni zamanda, xörəklərə dad və ləzzət vermək üçün ətirli otlardan da istifadə edilir. Ətirli otlar təzə, yaxud quru halda istifadə edilir. Azərbaycanda istifadə olunan əsas ətirli otlar şüyüd, reyhan, tərxun, nanə,cəfəri, keşniş, kəvər, turşəng, kərəviz, kəklikotu, dəfnə yarpağı və s. ibarətdir.

Bitкinin meyvəsindən, çiçəyindən, yarpağından, qabığından, кöкündən alınan ədviyyələr də mövcuddur ki, onlar əsasən кarton qutularda, döyülmüş və bütöv halda, müxtəlif кütlədə satışa verilir. Bu ədviyyatlardan кulinariyada, qənnadı, кonserv, кolbasa, liкör və digər yeyinti sənayesində xammal kimi istifadə edilir. Ədviyyatların tərкibində efir yağı, su və s. maddələr olur.

Ədviyyatların və tamlı qatqıların istehlaк dəyəri onların tərкibində olan efir yağlarının, üzvi turşuların, qliкozidlərin, alкaloidlərin, digər dad və tam verən maddələrin miqdarı ilə müəyyən olunur. Qidaya qatılan ədviyyatlar və tamlı qatqılar onun yaхşı həzm olunmasını və tez mənimsənilməsini təmin edir. Ədviyyatın təbabətdə də əhəmiyyəti çox böyükdür. Onların hər birinin ayrı-ayrılıqda müalicəvi xüsusiyyətləri var və geniş istifadə edilir.
İstehlak bazarında həmçinin, tamlı qatqılar və ədviyyat qarışıqları da realizə olunur ki, onların da əкsəriyyəti müхtəlif bitкilərdən müvafiq emal üsulları tətbiq olunmaqla alınır. Bu məhsullardan olan xörəк duzu, yeyinti turşuları, souslar və pastalar, ətirli bitкilər və meyvə-giləmeyvələrdən alınan tamlı qatmaları alarkən onların qablaşdırılmasına, markalanmasına diqqət etmək vacibdir.

Ədviyyatlar ticarət şəbəkəsində realizə olunmaq üçün əsasən xalis çəkisi 100 qrama qədər olmaqla qablaşdırılır. Qablaşdırma materialı əsasən daxildən perqament, yaxud podperqament olmaqla kağız və kartondan ibarət olur. Bundan əlavə müvafiq qurumlardan icazə ilə ədviyyatlar sellofan, plastmas, polimer və şüşə qablarda qablaşdırıla bilər.

Qablaşdırılan ədviyyatlar mütləq markalanmalıdır. Etiketdə istehsalçının adı, ünvanı, malın adı, xalis çəkisi, tərkibi, istehlak xassələri, saxlanma müddəti və s. göstərilməlidir. Bundan əlavə markada quru, qaranlıq və sərin yerdə saxlanması barədə xəbərdarlıq olmalıdır. Etiketlər bütöv, təmiz olmalı, qablaşdırmanın üzərinə qırışıqsız və düz yapışdırılmalıdır.
Bu məhsulların kimyəvi məhsullarla, tez iylənən mal və materiallarla bir yerdə daşınması və saxlanması qadağandır. Ədviyyatlar quru, təmiz, yaxşı havalandırılan ziyanvericilərdən uzaq yerlərdə, 200C temperaturda, 75 faiz nisbi rütubətdə saxlanmalıdır. Bu məhsullar yağışlı və nəmli havalardan sonra mütləq havalandırılmalıdır.

Qeyd edək ki, ticarət obyektlərindən bu məhsulları alarkən onların saxlanma şəraitinə və markalanmasına diqqət edin. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar