Dünya üçün yeni təhlükə: “NDM-1” bakteriyası
12 Avqust 2010 Cümə Axşamı 04:55
“NDM-1”-in ən böyük təhlükəsi Escherichia coli bakteriyasının (bağırsaq çöpü) içinə yerləşərək onu bütün dərmanlara qarşı daha müqavimətli hala gətirməsidir.
İngiltərədə akademiklər ferment ifraz edən yeni təhlükəli bakteriya aşkarlayıblar. “NDM-1” adlı bakteriyanın Hindistan və Pakistanda estetik əməliyyatı keçirmiş xəstələr vasitəsilə İngiltərəyə gəldiyi güman olunur. İndiyə qədər İngiltərədə 50-yə yaxın xəstədə bu bakteriyadan aşkarlandığını bildirən mütəxəssislər mikrobun bütün dünyaya yayılma təhlükəsinin olduğunu bildiriblər. Onlar bu mikrobun insandan insana yoluxacaq qədər təhlükəli olduğunu vurğulayıblar.

“Lancet” jurnalında yazılan məqaləyə görə, “NDM-1”-in ən böyük təhlükəsi Escherichia coli bakteriyasının (bağırsaq çöpü) içinə yerləşərək onu bütün dərmanlara qarşı daha müqavimətli hala gətirməsidir. Jurnala görə, burda söhbət təcili vəziyyətdə ən müqavimətli bakteriyalara qarşı istifadə olunan antibiotiklərdən gedir.

.Mütəxəssislər “NDM-1”-in müqaviməti qüvvətli olan bakteriyalara yoluxma ehtimalının isə ayrı bir təhlükə olduğunu bildirib. Bunun nəticəsində isə insandan insana asanlıqla yoluxan və müalicəsi mümkün olmayan yeni bir epidemiya meydana gələ bilər.

Qeyd edək ki, keçirilən hər təcrübədə ən azı 1 “NDM-1” bakteriyasının bütün antibitoklərə qarşı müqavimətli olduğu müəyyənləşib.

Bu cür hadisələr ABŞ, Kanada, Avstraliya və Hollandiyada da aşkarlanıb və beynəlxalq araşdırmaçılar bunun qlobal səhiyyə probleminə dönməsinin ehtimal olunduğunu bildirirlər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar