Dövlət Baytarlıq Xidmətində Qaynar xətt açılıb
06 Dekabr 2010 Bazar Ertəsi 14:15
"Qaynar xətt" hər gün heyvan xəstəlikləri, o cümlədən quş ölümləri ilə əlaqədar bütün zəngləri qəbul edir
Respublikamızda heyvan mənşəli xəstəliklərə, o cümlədən bəşəriyyəti və ölkə əhalisini bu gün daha çox narahat edən “quş qripi” xəstəliyinə qarşı profilaktik mübarizənin gücləndirilməsi, bu sahədə yaranmış narahatlığa aydınlıq gətirmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində “qaynar xətt” açılıb. Xidmətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu xəttin yaradılmasının digər məqsədlərdən biri isə baş vermiş xəstəliklər haqqında dəqiq məlumatların toplanılması, onların qarşısının vaxtında alınması üçün qabaqlayıcı profilaktiki tədbirlərin həyata keçirilməsi və bu istiqamətdə səmərəli nəticələrin əldə edilməsidir.

563-50-06 nömrəli "qaynar xətt" hər gün saat 09.00-dan 18.00-dək heyvan xəstəlikləri, o cümlədən quş ölümləri ilə əlaqədar bütün zəngləri qəbul edir. Zəng edənlər dəqiq ünvanlarını, telefonlarını, ad və soyadlarını bildirməli, yerlərə çağırılmış baytar həkimini və mütəxəssisləri qarşılamalıdırlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar