Dədə Qorqud dordurmalarında bağırsaq çöpləri çıxdı
11 İyul 2011 Bazar Ertəsi 17:35
İnsan orqanizmi üçün təhlükəli 2 ton Dədə Qorqud dondurmasının məhv edilməsi barədə müəssisəyə məcburi göstəriş verilib.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Dədə Qorqud" Müstəqil Kiçik Müəssisəsinə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən falqa qablaşdırmada olan "Star" südlü dondurmalarında turşuluğun normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) və S.aureus bakteriyalarının (stafilakok) olduğu, "Star" plombir dondurmalarında yağın kütlə payının etiket göstəricisindən az, mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) və S.aureus bakteriyalarının (stafilakok) olduğu, "Qold Star" plombir dondurmasında yağın kütlə payının etiket göstəricisindən az, mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) olduğu, "Dalila" dondurmasında yağın kütlə payının etiket göstəricisindən az, mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox, tərkibində S.aureus bakteriyalarının (stafilakok) olduğu, polietilen qablaşdırmada olan "Star" dondurmasında saxarozanın, quru maddənin kütlə payının və turşuluğun normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) və S.aureus bakteriyalarının (stafilakok) olduğu aşkar edilib.
Laborator müayinələrin nəticələrinə əsasən, insan orqanizmi üçün təhlükəli 1989,92 kq dondurmanın qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən "Dədə Qorqud" Müstəqil Kiçik Müəssisəsinə icrası məcburi göstəriş verilib.
Araşdırmalar davam edir. anspress
DOSTLARINLA PAYLAŞ: