D vitamini çatışmazlığı infarakta səbəb olur
02 Yanvar 2010 Şənbə 21:05
D vitamini çatışmazlığı infarakta səbəb olur. Bunu Harvard Tibb Məktəbinin alimləri söyləyir.
ABŞ-ın Harvard Tibb Məktəbinin alimləri 59 yaşlı 1739 nəfərin qanında "D" vitamini səviyyəsini araşdırıblar. Onların müşahidəsi düz beş il davam edib.

Nəticədə müəyyən olunub ki, qanda "D" vitamininin səviyyəsi aşağı olan (15 nq/ml-dən az) şəxslərdə infarkt, ürək çatışmazlığı və insult riski bu vitaminin səviyyəsi normal olan şəxslərdəkinə nisbətən 62 faiz yüksəkdir. Tədqiqat zamanı ürək xəstəliklərində digər risk amilləri olan şəkərli diabet, qanda yüksək xolesterin, arterial hipertoniya kimi hallar da nəzərə alınıb. Ürək xəstəlikləri ən çox "D" vitamininin qanda azlığının hipertoniya ilə birgə rast gəlindiyi şəxslərdə müşahidə edilib. Tədqiqatın rəhbəri Tomas Vanqın dediyinə görə, belə şəxslərdə infarkt, insult və ürək çatışmazlığı riski 2 dəfə artıq olub.

Yumurta və balıq yağı "D" vitamini ilə zəngindir. Həmçinin, bu vitamin günəş şüalarının təsiri altında dəridə əmələ gəlir. "D" hipovitaminozu osteoporoza və raxitə səbəb olur. Bundan əlavə "D" vitamini çatışmazlığı revmatoid, artrit və bir sıra şiş xəstəliklərinin inkişafına da gətirib çıxara bilir.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar