Çox yemək adamı puldan edir
14 Avqust 2012 Çərşənbə Axşamı 17:29
Fitness klublar adamın ciblərini əridir!

Qadınların pəhrizə oturduğu əsas mövsüm yay aylarıdır. Əsasən ac qalmaq və başqa metodlardan istifadə edən xanımlar gözəl bədən quruluşuna sahib olacaqlarına inanırlar.
Arıqlamaq üçün xanımların ən çox üz tutduqları məkan fitness və idman klublarıdır. Vücuddakı artıq piydən azad olmaq və gözəl görünmək hər bir qadının arzusudur. Tibbi yoldan çox təbii üsulla artıq çəkidən azad olmaq istəyən xanımları tez-tez fitness klublarda görürük. Bakıda müxtəlif  adda belə yerlərə rast gəlmək olar. Həmin məkanlara “Diplomat Bm”, “El club”, “Gazelli”, “Leyla”, “Yeddi Gözəl”, “İron”, “Fighter”  və b. fitness klubları misal göstərmək olar.
Gəl ki, belə məkanlara üz tutan qadınların və ailələrin sayı azlıq təşkil edir. Sosial problemlərin mərkəzində dayanmasa da fitness klublarda qiymətlər raketə qoyulub. Estetik cərrahiyyə yolu ilə piylərdən xilas ola bilməyənlər pullarına qənaət üçün klublara üz tutsalar da bir çox problemlərlə üzləşirlər. Ortaya çıxan əsas maneyə yenə də sözsüz ki, məşqlər qarşılığında ödəniləcək məvaciblərdir. Bir çox müəssisələrdə olduğu kimi fitness klublarda da artımlar müşahidə olunur. Özəl obyektlərdəki qiymətlərin tənzimlənməsinə sahibkarlar özləri nəzarət edir. Maraqlar çərçivəsinə uyğun qoyulan qiymətlər isə insanların ciblərinə uyğun deyil. Göstərilən xidmətlərin necə olmasına baxmayaraq illik abunə haqqı ilə personal arasında ahəng qanunu pozulur. Fitness klublarda endirimlər isə göstərilən qiymətlərin yalnız 5-30 faizinə təsir edir.
Tbilisi prospekti 1025/30 ünvanında yerləşən “Olympus Health club&SPA” mərkəzində bir ailənin bir üzvü üçün illik abunə haqqı güzəştlərlə 900 manata başa gəlir. Burada məşq qiyməti saatların bölgüsünə görə dəyişir. Belə ki, gündə səkkiz saatlıq, həftədə üç günlük məşqə görə illik abunə olaraq 1000 manat ödəməlisən. Bir ailənin dörd üzvünün məşqinə və arıqlama proqramının icrasına isə 2 min nağd pul köçürməli olursan. “Olympus”da iynəbatırma üsulunun hər seansına qiymətlər 35 manatdan başlayır. LPC aparatı və masajla arıqlama metodu isə 30-50 manat arasnda dəyişir. Qeyd edək ki, qiymət bir seansa verilir. Seanslar müddəti 8-10 gün təşkil edir. Fitness klubunda cəmi 5-20 faiz arasında endirim edilir.
Arıqlama biznesində gəlirlərini eyni variantlarda qazanan obyektlər:
“Curves Azerbaijan-Fitness Club for Women”, “Astoria Baku fitness və SPA mərkəzi”, “Aqua Park Fitness və SPA mərkəzi”, “Beauty Palace” klinikası, “Mega City Club”...
Bazarın ən böyük pay sahiblərindən qabaqcılı “Curves Azerbaijan Fitness Club for Women”dir.

“Təhlükəli bölgə!”

İstər bir ailə, istərsə də fərdi insanlar üçün nəzərdə tutulmuş fitness klublardakı qiymət artımı və aşağı faizlə edilən endirimlər insanların maraqlarına uyğun gəlmir. Xüsusən də paytaxt sakinləri bununla razı deyillər. Vəziyyətlə bağlı qadınlara ünvanlanan sualda 100 qadının 85 faizi narazı olduğunu, 15 faizi isə klublara ümumiyyətlə getmək üçün imkanlarının buna əl vermədiyini söylədilər.  
İlkin olaraq qiymətlərlə bağlı təzadlar müşahidə olunsa da bu məsələnin üzdə görünən hissəsidir. Burada insanlara tətbiq olunan müxtəlif tipli seanslar və metodlar sonradan insanlarda fiziksəl problemlərə yol açır. Heç də tək artıq çəkinin atılmasına görə edilən estetik əməliyyatlar və müxtəlif kimyəvi preparatların qəbul olunması həyat üçün təhlükəli deyil. Fitness klubların əsas arıqlama proqramına daxil olan akupunktura, yəni iynəbatırma metodu kifayət qədər risklidir. Blasterli qulaq iynələrindən və gümüş suyuna batırılmış adi iynələrdən istifadə təhlükə mənbəyidir. Bədənin iştah nöqtələrinə batırılan iynələr əsl mikrob yuvasıdır. Belə ki, bu sonradan tamamilə iştahsızlıq yaradır.  Əksər hallarda işlərin icrasının naşılara tapşırılması problemlərə yol açır. Əsasən Rusiya və Türkiyədən dəvət olunmuş mütəxəssislərə üstünlük verən fitness klubların bu addımı heç də keyfiyyətə dəlalət etmir. Çünki, istənilən ölkənin tanınmamış mütəxəssisləri heç də sağlam həyat üçün brend deyil. Ən azından onlar barədə buraya üz tutan müştərilərə məlumatlar verilmir. Verilsə belə bu həqiqəti əks etdirmir.
Akupunktura metodundan istifadə edənlər:
“Curves”, “Aqua Park Fitness və SPA mərkəzi”, “Astoria Baku fitness və SPA mərkəzi”, “Beuty Palace” klinikası, “Kral”, “Life”, “Magik ledi” və s.
Demək olar ki, Bakıda fəaliyyət göstərən bütün fitness klublar bu üsuldan istifadə edirlər.  Tibbi ekspertlərin rəyinə görə arıqlamağa görə istifadə edilən üsuldan sonra mədədə xroniki, dəri-zöhrəvi xəstəliklər  yaranır. Yəni, gözəl vücud qalsın bir kənara, həm əlidən, həm də vəlidən olursan!

                                                                           

  Mənsur Cəfərov



DOSTLARINLA PAYLAŞ:

oyunlar