Çox oturmaq erkən ölümə səbəb olur?
30 Mart 2012 Cümə 13:06
Avstraliyalı alimlər gündə 8 saatdan çox oturan insanların erkən ölüm riskinin 40% artıq olduğunu iddia edirlər.
Gün ərzində 8 saatdan çox oturmaq erkən ölüm riskini artırır. Bunu Avstraliyanın Sidney Universitetinin alimləri apardıqları araşdırmanın nəticələrinə əsasən bildiriblər.

Araşdırma nəticəsinə məlum olub ki, insan kompüter arxasında və televizor qarşısında nə qədər çox oturursa, ümumiyyətlə nə qədər çox oturaq həyat sürürsə, səhhəti ilə bağlı bir o qədər çox problemlərlə qarşılaşır.

Avstraliya alimlərinin araşdırmasında 200 min adam iştirak edib. Onlardan gün ərzində neçə saat oturduqları soruşulub. Məlum olub ki, yaşı 45-dən çox olan və gündə 11 saat və daha çox oturan insanlar 3 il içərisində ölmə riski ilə qarşılaşır, bu isə gündə cəmi 4 saat oturanların qarşılaşdıqları ölüm riskindən 40 faiz çoxdur. Alimlərin fikrincə, mütəmadi olaraq idmanla məşğul olan insanlarda belə həddindən çox oturmaq xolesterolun səviyyəsinin yüksəlməsinə, ürək-damar xəstəliklərinin artmasına səbəb olur. Çox oturan insanlarda şəkərli diabet xəstəliyinə tutulmaq riskinin də yüksək olduğu bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar