Bu yay dodaq boyanız hansı rəngdə olmalıdır?
18 Mart 2012 Bazar 15:30
2012-ci il rəngarəng olacaq.
Bu yaz geyimlər, aksessuarlar, qısası qadınlar rəngarəng olacaqlar. Bəs dodaqlar?
Qarşıdakı isti aylarda bizi rəngli mövsüm gözləyir. Geyimlər, dırnaq boyaları, hətta dodaqlar da ilkbahar yaz mövsümündə olduqca rəngli olacaqlar. Qısası 2012-ci ilin yazından başlayaraq qadınların dodaqları ağılları başdan çıxaracaq.
Qırmızı
Bütün dövlərin gündəmini zəbt edən qırmızı bu mövsüm də olduqca dəbdə olacaq. Sizə sadəcə dərinizə uyğun ton seçməyinizi qalır. İstər parlaq, istər tutqun olsun, bu mövsümdə xüsusilə gecə mərasimləri üçün mütləq bir qırmızı dodaq boyanız olsun.
Narıncı
İsti yay günlərində istifadə edəcəyiniz narıncı mövsümün ən çox istifadə ediləcək rəngidir. Modelyerlərin seçdikləri bu rəng yayda bütün qadınları bürüyəcək. Bir çox tonlardan ibarət olan narıncı rəngi geyimləriniz və makyajınızın ən önəmli tamamlayıcılarından biri olmağa namizəddir.
Çəhrayı
Əgər makiyaj etməyi o qədər də sevmirsinizsə, çəhrayı dodaq boyası modası bu mövsümdə tam sizin üçündür. Dodaqlarınızı və dişlərinizi ön plana çıkaracaq çəhrayı dodaq boyasını sadəcə qara tuş və xəfif çəhrayı ənliklə istifadə edə bilərsiniz.
Gavalı
Sirli, çətin və güzəştə getməyi sevməyən qadınların üstünlük verəcəkləri gavalı tonları qarşıdakı mövsümdə olduqca dəbdədir. Lakin tondan istifadə edərkən ağır makyaj etməyə çalışmayın.
Təbii tonlar
Əgər tünd tonlarda makyaj etməyi xoşlayırsınızsa, dodaqlarınızı çox vurğulamadan təbii tonlara üstünlük verməlisiniz. Bundan başqa, mövsümün trendi olan çəhrayı, qırımızı, narıncı kimi dominantlıq edən rənglər sizə uyğun gəlmirsə, bu tonları seçə bilərsiniz.
DOSTLARINLA PAYLAŞ: