Bu il Azərbaycanda 453 QİÇS-ə yoluxub
01 Dekabr 2012 Şənbə 16:08
Yoluxanların 73% rayonların payına düşür
Bu il Azərbaycanda 453 yeni HİV-ə yoluxma faktı aşkar olunub. Ümumdünya QİÇS-lə Mübarizə Günündə Respublika QİÇS-lə Mübarizə Mərkəzi bu məlumatları açıqlanıb. Yeni qeydə alınanlardan 439-u Azərbaycan vətəndaşı,14 nəfəri isə əcnəbidir. Bununla da Azərbaycanda QİÇS-ə yoluxma üzrə qeydiyyatda olanların sayı 3593 nəfərə çatıb.
Ümumi yoluxanların 73% rayonların, 27% Bakı və Abşeronun payına düşür.

BMT-nin QİÇS üzrə birləşmiş proqramının hesabatına əsasən 25 ölkədə HİV-lə yeni yoluxma halları 50%-dən çox azalıb. Son 2 ildə uşaqlar arasında HİV-ə yeni yoluxma halları 24% azalıb. Ümumdünya Sağlamlıq Təşkilatının yaydığı hesabatına görə, Ukrayna Avropada ən yüksək QİÇS-li xəstələrin yaşadığı ölkədir. Bütün dünyada 34 milyon insan QİÇS-dən əziyyət çəkir, hər il 2 milyon yarım adam nəfər bu xəstəliyə yoluxur.



DOSTLARINLA PAYLAŞ:

oyunlar