Bu gündən bəzi dərman preparatlarının Azərbaycana idxalı dayandırılır
01 İyun 2012 Cümə 10:12
Səhiyyə Nazirliyi ölkəyə gətirilən dərmanların içliklərinin Azərbaycan dilində olmasını şərt kimi qoyub.
Azərbaycan Səhiyyə Nazirliyi bu gündən içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının ölkəyə idxalını dayandırıb.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, ölkəyə gətirilən dərmanların içlik vərəqələri Azərbaycan dilində də olmalıdır. Bununla əlaqədar artıq bu gündən içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının Azərbaycan idxalına icazə verilməyəcək.
Nazirlik bununla bağlı dərman şirkətlərinə bir neçə dəfə rəsmi xəbərdarlıq edib.
DOSTLARINLA PAYLAŞ: