Bu gün güclü maqnit qasırğası gözlənilir
10 Aprel 2011 Bazar 12:29
Günəş üzərindəki alışmaların sayının getdikcə artacağı bildirilir.
Bu gündən Azərbaycanda bu ayın ilk geomaqnit qasırğası başlayacaq. Alimlər Günəş üzərindəki alışmaların sayının getdikcə artacağını deyirlər. Bu zaman yerə böyük miqdarda elektromaqnit dalğaları daxil olur və onun gəlişini hər kəs səhhətinin durumundan asılı olaraq müxtəlif cür hiss edir. Bu hissləri daha ağrılı keçirənlər isə xroniki xəstələr olur.

Bu cür hallardan yan qaçmaq istəyənlərə mümkün qədər həmin günlərdə açıq havada az gəzmək, çoxlu vitaminli meyvə tərəvəz, xüsusilə də göyərti yemələri məsləhət görülür. Çoxlu maye qəbul etməyiniz də sizin xeyrinizədir. Geomaqnit həyəcanlaşması dövründə qanda xolesterinin miqdarının ardığını deyən həkimlərin sözlərinə görə, qanın durulaşdırılması üçün müxtəlif dərmanlardan istifadə etməlidir.

Xatırladaq ki, sonuncu dəfə 1859-cü ildə müşahid olunan ən güclü maqnit qasırğası planetin teleqraf əlaqəsinin tamamilə sırdan çıxmasına səbəb olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar