Beynəlxalq qida sənayesi sərgisi WorldFood Azerbaijan-2010 başlayır
19 May 2010 Çərşənbə 02:55
“WorldFood Azerbaijan-2010” sərgisində dünyanın 18 ölkəsindən 85 şirkət iştirak edəcək
Mayın 19-dan 21-dək Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində “WorldFood Azerbaijan-2010” XVI Azərbaycan Beynəlxalq qida sənayesi sərgisi keçiriləcək.

Sərginin keçirilməsinə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) dəstək verir. Bu il “WorldFood Azerbaijan-2010” sərgisində dünyanın 18 ölkəsindən 85 şirkət iştirak edəcək. Sərgidə “Badamlı”, “Beta”, “Jalə”, “John Deere”, “PalSüd” və digər ticarət nişanları təqdim olunacaq. Sərginin ümumi iştirakçılarının 60 faizi yerli şirkətlərdir. Macarıstan, İran, Fransa, ABŞ, BƏƏ və digər ölkələrdən olan debütantlar sərgi iştirakçılarının 30 faizini təşkil edir.

Sərgi bir neçə tematik ekspozisiyalara bölünərək qida sənayesinin, demək olar, bütün istiqamətlərini əhatə edəcəkdir. “WorldFood Drink” bölməsində geniş çeşiddə içkilər, “SeaFood” bölməsində dəniz məhsulları, onların saxlanılması və daşınması ilə bağlı bütün növ xidmətlər təqdim olunacaq. “FoodPack” bölməsinin stendlərində geniş çeşiddə Azərbaycan, Türkiyə, Rusiya və digər ölkələrin istehsalı olan qablaşdırma avadanlığıı, WorldFoodTech” bölməsində isə supermarketlər, laboratoriya analizləri üçün avadanlıq nümayiş etdiriləcəkdir. Bu il istehsalın ilkin mərhələsi üçün nəzərdə tutulmuş avadanlığa, o cümlədən mini-zavodlar üçün avadanlığa həsr edilmiş ekspozisiyaların sayı daha çox olacaq.

Sərgidə Bərdə, Daşkəsən, Qəbələ, Salyan, habelə Azərbaycanın digər rayonlarının yerli zavod və fabriklərinin məhsulları və digər ənənəvi bölmələr təqdim olunacaqdır. Naxçıvan Muxtar Respublikasının stendinə Naxçıvanın qida sənayesinin 20 istehsalçı müəssisələrinin ekspozisiyası daxil olacaq.

Bu il Qafqaz regionunda ilk dəfə olaraq “WorldFood Azerbaijan” çərçivəsində Azərbaycan və digər ölkələrin halal ərzaq məhsulları istehsalçılarının “HalalFood Azerbaijan” sərgisi də keçiriləcək. Bununla yanaşı, təqdimat mərasimləri və kulinariya şoularının keçirilməsi planlaşdırır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar