Bərəkət'in istehsalı dayandırılıb
02 Fevral 2010 Çərşənbə Axşamı 10:40
Bərəkət əmtəə nişanlı pendir, xama və qatıq məhsullarının istifadəsi təhlükəlidir.
Bakının Sabunçu rayonunda yerləşən fiziki şəxs A.M.Dördyola məxsus müəssisədə istehsal olunan “Bərəkət” əmtəə nişanlı süd məhsulları normativ sənədlərin tələblərinə cavab verməyib.
Standartlaşdirma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, belə ki, uyğunluq sertifikatları almaq üçün komitəyə edilən müraciətə baxılaraq, müəssisədə araşdırma aparılıb, hazır məhsullardan nümunələr götürülərək laboratoriyaya təqdim edilib.
Müayinə nəticəsində müəyyən olunub ki, pendir, xama və qatıq məhsulları mikrobioloji göstəricilərinə görə standartların tələblərinə cavab vermir. Məhsulların tərkibində bağırsaq çörləri qrupundan olan bakteriyalar aşkar olunub. Həmçinin fiziki-kimyəvi göstəricilərə görə xamada yağın kütlə payı, qatıqda isə sinkin (ağır metal) kütlə payı normadan çox olub.
Aşkar olunan nöqsanlara görə müəssisəyə sertifikat verilməyib və məhsul istehsalı dayandırılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: