Balığın beynə faydası yalan çıxdı
28 Sentyabr 2013 Şənbə 00:43
Bu nəticəyə Amerika Ayova Universitetinin alimləri gəliblər.
Balıq və qozun tərkibində orqanizmə daxil olan omeqa-3 yağ turşusunun əslində intellektə və yaddaşa heç bir faydası yoxdur. ANS PRESS-in “DiverSant”a istinadən verdiyi məlumata görə, bu nəticəyə Amerika alimləri gəliblər.

Ayova Universiteti tərəfindən aparılan araşdırmada yaşı 65-dən 80-ə qədər dəyişən iki mindən artıq qadın iştirak edib. Onlar 6 il ərzində hər il intellekt testindən keçirilib. Aydın olub ki, pəhriz saxlayaraq daha çox omeqa-3-lü qidalar qəbul edən qadınlar adi qaydada qidalanan yaşıdlarından heç nə ilə fərqləqnməyiblər.

Bütün bunlara baxmayaraq, alimlər balıq və qozu indən belə də yeyilməsini məsləhət görürlər: onların çox sayda faydalı elementlər var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar