Bakıda 190 kq şirniyyatın satışı dayandırılıb
29 Fevral 2012 Çərşənbə 17:33
Ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə Dövlət Xidməti tərəfindən sahibkara göstəriş verilib.
Bakıda şirniyyat məhsullarının istehsalı və satışının qanunauyğunluğu yoxlanılıb. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, ev 8A, mənzil 1 ünvanında İlham Mustafayevə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı şərq şirniyyatlarının (qoğal, kətə, qurabiyə, qat-qat və s.) müvafiq reseptura və uyğunluq sertifikatı olmadan istehsal edildiyi, habelə həmin şirniyyatların saxlama müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin edildiyi müəyyənləşdirilib.

Qanun pozuntuları ilə əlaqədar, şərq şirniyyatları istehsalının və aşkar edilmiş 190,5 kq şərq şirniyyatlarının satışının dayandırılması, habelə ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə Dövlət Xidməti tərəfindən sahibkar İlham Mustafayeva icrası məcburi göstəriş verilib.

Araşdırmalar davam edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar