Bakı restoranlarında yararsız məhsullar aşkar olunub
22 İyul 2010 Cümə Axşamı 19:05
Saxlama müddəti ötmüş məhsullar monitorinqlər zamanı üzə çıxıb.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti apardığı monitorinqləri davam etdirir. İqtisadi İnkişaf Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, paytaxtda və regionlarda aparılan monitorinqlər zamanı bir çox restoran, iaşə obyektləri, mağazalarda yararsız məhsullar aşkar edilib:

Bakının Xətai rayonunda
- Babək prospekti, 9-cu dairə, 64/3 ünvanında yerləşən “Arzu” restoranında;

Sabunçu rayonunda
- Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən “Ülvi ” restoranında;

Abşeron rayonunun Xırdalan şəhərində
- H.Əliyev prospekti, 20 ünvanında yerləşən “Bərəkət market”də;
- M.Hüseynzadə küçəsi, ev 3 ünvanında yerləşən “Şəms market”də;
- H.Əliyev prospektində yerləşən “Rəsul market”də, “Market 2003”də və “Tərlan market”də;
- Xırdalan dairəsində yerləşən “4 yol market”də;
- 27-ci məhəllədə yerləşən “Seymur market”də;
- 27-ci məhəllə, H.Aslanov küçəsində yerləşən “Abşeron market”də;
- Z.Əliyeva küçəsində yerləşən “Yusif market”də;
- H.Aslanov ilə Ə.Şəfiyev küçələrinin kəsişməsində yerləşən “Yaşar market”də;

Tərtər rayonunda
- H.Əliyev prospektində Nəsimi Abdullayevə məxsus mağazada;

Xaçmaz şəhərində
- M.Hüseynzadə küçəsində Ramin Ramazanova məxsus mağazada;

Mingəçevir şəhərində
- H.Əliyev prospektində yerləşən “Market 2007”də;

Ağdaş rayonunda
- H.Əliyev prospektində Şirzad Məmmədova məxsus mağazada;

Daşkəsən şəhərində
- İ.Qayıbov küçəsi, 12 ünvanında “Miki Market”də;
- T.İsmayılov küçəsində Rəhman Nəcəfova məxsus mağazada;

Göygöl rayonunda
- A.Kazımov küçəsi, 39 ünvanında Asəf Əsədova məxsus mağazada;
- Üçtəpə kəndində yerləşən “Səma market”də ümumi çəkisi 367 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, pivə, uşaq yeməkləri və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək. İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar