Bakı barlarında mənşəyi məlum olmayan dəniz məhsulları satılır
20 Dekabr 2010 Bazar Ertəsi 16:00
Pivə barlarında dəniz məhsullarının saxlanılması və satılması ilə bağlı monitorinq keçiriblər
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə Bakı şəhərinin bir sıra pivə barlarında mənşəyi məlum olmayan, brokonyerlik yolu ilə əldə olunmuş, orqanizm üçün təhlükəli olan krevetlərin satışı ilə bağlı şikayət məktubu daxil olub. Komitədən ANS PRESS-ə verilən məlumata görə, müraciətin araşdırılması məqsədilə Komitənin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin nümayəndəsinin iştirakı ilə Bakı şəhərində fəaliyyət göstərən pivə barlarında dəniz məhsullarının saxlanılması və satılması zamanı normativ sənədin tələblərinə riayət olunması ilə bağlı monitorinq keçiriblər.
Araşdırma zamanı müəyyən olunub ki, paytaxtda fəaliyyət göstərən bir neçə pivə barında mənşəyi məlum olmayan, təhlükəsizliyi təmin olunmayan dəniz məhsulları – bişmiş krevetka, hisə verilmiş şamayka, farel balıqları və s. satılır. Bunlar aşağıdakılardır:
1.“Beer” pivə. Fiziki şəxs Adil Bəbirov. Yasamal rayonu, Ə.Ələkbərov küç., 508-ci məhəllə;
2.“Beer” pivə. Fiziki şəxs Elvim İsayev. Nəsimi rayonu, Bakıxanov 50;
3.“Saloon”. Fiziki şəxs Zaur Barabaşov. Binəqədi rayonu, 8-ci mikr;
4.“Flaminqo”. Fiziki şəxs İlkin Baxışəliyev. Nəsimi rayonu, Atatürk prospekti 41;
5.“Millerbraun”. Fiziki şəxs Bəhruz Əsgərov. Nəsimi rayonu, Ə.Qasımzadə küç., 72.
Aşkar olunan qanun pozuntuları ilə bağlı akt tərtib olunub, məhsul satışı qadağan edilib. Monitorinqlər davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: