Bağban və fermerlər diqqətli olsunlar 
    16 Sentyabr 2009 Çərşənbə 17:05
    Onlar Parkinson xəstəliyinə tutula bilərlər
    
                	 
    
         Parkinson İnstitutunun (Kaliforniya, ABŞ) alimləri tərəfindən aparılan sorğuya əsasən pestisidlə işləyən bağban və fermerlərdə Parkinson xəstəliyinə yoluxma təhlükəsi digərlərinə nisbətdə 80 faiz çoxdur.
Belə ki, pestisidlər insan bədənindəki hüceyrələri dağıdır ki, bu da nəticədə əzələlərin hərəkətinə, qan təzyiqinin səviyyəsinə, ürək çatışmazlğına və xoşlanmaq hisslərinə cavabdeh olan neyromediator dofamin hasil edir.
Alimlər bu sırdan ən təhlükəli üç kimyəvi mddənin adını xüsusilə qeyd ediblər: 2,4-dixlorfenoksi sirkə turşusu (qerbisid), insektisid permetrin və qerbisid parakvat. Onların qeyd etdikləri pestisidlər Parkinson xəstəliyinin yaranma riskini üç dəfə artırır.
DOSTLARINLA PAYLAŞ: