Azərbaycanda siqaret çəkən gənc xanımların sayı olduqca artıb
16 May 2013 Cümə Axşamı 14:00
Kamran Kazımoğlu ölkədə ürək-damar xəstəliklərinin vəziyyətinin olduqca pis olduğunu açıqlayıb.
Azərbaycanda siqaret çəkənlər arasında gənc xanımların sayı olduqca artıb. ANS PRESS-in məlumatına görə, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, ürək cərrahı Kamran Kazımoğlu Musayev bu gün "Bakı Ürək Günləri” 3-cü Beynəlxalq Konqresinə dair mətbuat konfransında bildirib.
Kamran Kazımoğlunun sözlərinə görə, bu xəstəliklərdən qorunmaq üçün mütləq siqaretdən uzaq durmalıyıq: "Təəsüflə deməliyəm ki, ölkəmizdə gənclər arasında, xüsusilə də gənc xanımlar arasında bu daha çox yayılır. Bundan başqa, qidalanmağımız önəmlidir. Mən də mətbəximizi çox sevirəm, amma biz mətbəximizdə ciddi dəyişikliklər etməsək, bu xəstəklilər ölkəmizdə bəlkə də dünyadakından da daha çox inkişaf edəcək. Bizim yağlı və ətli qidalardan ciddi şəkildə uzaqlaşmalıyıq. Bu inqilabı etməsək, vəziyyət daha da pisləşəcək".
DOSTLARINLA PAYLAŞ: