Azərbaycanda fiziki qüsurlu gənclər üçün yeni layihəyə başlanılıb
05 Oktyabr 2012 Cümə 21:15
Samuxda keçirilən layihə 2000 fiziki qüsurlu insanı əhatə edir.
Samuxda fiziki qüsurlu gənclərin cəmiyyətə inteqrasiya olunması mövzusunda “təcrid olunma, inteqrasiya ol” layihəsinə start verilib. Layihə Samuxda yaşayan xüsusi qayğıya ehtiyacı olanların sosial proseslərdə fəal iştirakını artırmaq və cəmiyyətə inteqrasiyasına yardımçı olmağı nəzərdə tutur. Həmçinin layihədə bu kateqoriyadan olan gənclərin ictimai vəkillik kampaniyası aparılması da planlaşdırılır.
Layihə koordinatoru Aygün Həsənzadənin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, Gənclərin Sosial Problemlərinin Həllinə Kömək” və “Gənc Dost” ictimai biliklərinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşacaq layihə Samuxda yaşayan 2000 fiziki qüsurlu insanı hədəf seçib. “Bundan başqa biz layihə çərçivəsində fiziki imkanları məhdud gənclər üçün müxtəlif təlimlər təşkil etmək istəyirik. Bu təlimlərdə həm onlar maarifləndiriləcək, həm də peşə bacarıqlarının inkişaf etdirilməsi öyrədiləcək. Həmçinin kurslar da təşkil olunacaq”, - layihə kordinatoru Aygün Həsənzadə deyib.
DOSTLARINLA PAYLAŞ: