Azərbaycanda 47 məhsul növünün istehsalı və satışı dayandırılıb
16 İyun 2010 Çərşənbə 10:10
Ümumi dəyəri 211,5 min manat olan məhsulun normativ sənədin tələblərinə uyğun olmadığı müəyyən olunub.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Ərazi Dövlət Nəzarəti İdarələri bu ilin ilk 5 ayı ərzində 746 təsərrüfat subyektində dövlət nəzarəti tədbirləri həyata keçirib. Bunlardan 353-ü 1 saylı Ərazi DNİ-nin (Bakı) payına düşür.

Komitənin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nəzarət tədbirləri nəticəsində ümumi dəyəri 211,5 min manat olan məhsulun normativ sənədin tələblərinə uyğun olmadığı müəyyən olunub. Nöqsan aşkar olunmuş müəssisələrə 119 iradnamə, istehsal və ya satışın qadağan olunması barədə 47 tələbnamə verilib, 43,5 min manat cərimə tətbiq olunub.

Ötən 5 ay ərzində komitənin Ərazi Sınaq və Sertifikatlaşdırma İdarələri tərəfindən 1255 müəssisəyə 2319 sertifikat verilib. Bunlardan 1180-i istehsal, 1059-u idxal, 80-i isə məhsul partiyasına verilmiş sertifikatlardır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar