Ayranın faydaları
23 İyul 2012 Bazar Ertəsi 12:58
Kalsium və fosfor qaynağı olan MİLLA ayranı sümük və dişlərin möhkəmlənməsində əhəmiyyətli rol oynayır.
Son vaxtlarda hava istiliyinin artması ilə əlaqədar tərləmə ilə orqanizmdə yaranan su və mineral itkisinin ayranla təmin ediləcəyi mütəxəssislər tərəfindən izah olunur. Ənənəvi içkimiz olan ayranın stressə qarşı qidaların siyahısında ilk yerlərdə olduğu bildirilir.

Yayda artan istilik, durğun hava və normadan artıq rütubətin olması orqanizmə mənfi təsir göstərdiyi açıqlanıb. İstiliyin orqanizmdə yaratdığı neqativ hallar “termal stress” olaraq tanınır. Bu narahatçılıq nəfəsin darlaşması, baş ağrısı, baş gicəllənməsi, zehni yorğunluq, əsəbilik və ya gec dərk etmə, halsızlıq, işə qarşı laqeydlik kimi simptomlarda özünü göstərir.

İstilik artdığı zaman damarların genişlənəcəyi, tərləmə ilə yaranan duz itkisi ilə təzyiqin (qan təzyiqi) aşağı düşəcəyi təyin olunub. Təzyiqin aşağı düşməsinin qarşısını almaq üçün, ürək normal halda nasosla vurduğu qan miqdarını artırmaq məcburiyyətində qalır və bu da ürəyin fəaliyyətində narahatlıq yaradır. Ürək və qan-damar dövranı problemlərindən uzaq, yay tətilini rahat keçirmək üçün isti və nəmli havaya qarşı hər kəsin ala biləcəyi ehtiyat tədbirləri var. Orqanizm tər yolu ilə su və mineral itkisi yaratdığından orqanizmin müqavimətini artıran MİLLA ayran içkisi tövsiyə olunur.

MİLLA qatıq və ayran istehsalında istifadə olunan laktik turşu bakteriyalarının xərçəng, infeksiya, mədə-bağırsaq xəstəlikləri və astma kimi xəstəliklərin əks təsirlərinə baxılır və bütün bu xəstəliklərin yaranmasında ən vacib səbəbin immunitet sisteminin aşağı olduğunu qeyd edərək qatığın immunitet sistemini yaxşılaşdırdığını bildirdi.

Orqanizmə uyğun və ləzzətli kalsium və fosfor qaynağı olan MİLLA ayranı xüsusilə sümük və dişlərin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Kalsiumdan əlavə (Vitamin B12, Vitamin D, Vitamin B2, Vitamin B6,) və protein tərkibli MİLLA ayranı orqanizm üçün mühüm əhəmiyyət kəsb edir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar