Ayağı-ayağın üstünə aşırmaq ziyandır
25 Yanvar 2010 Bazar Ertəsi 19:30
Qadınların ayağı-ayağın üstünə aşırmaq vərdişi qan dövranını pozur
Qadınların ayaqlarını ayaqlarının üstünə aşırması ona zərif və şıq bir görüntü verir. Bəs bu vərdişin ziyanlı tərəflərinin olduğunu bilirsiniz? Mərkəzi Malaziyada olan və Çində fəaliyyət göstərən "M.J sağlamlığa nəzarət mərkəzi modern həyatda insanların vərdişi halına gələn bəzi davranışlarını araşdırıb. Sən demə ayaqları bir-birinin üstünə aşırmaq qan dövranını pozur. Bəzən gözəl görünmək üçün atılan bu addım hətta qan laxtalanmasına, belin zədələnməsinə, onurğa disklərinin sürüşməsi kimi ciddi fəsadlara səbəb ola bilər.

18 min 61 nəfər arasında keçirilən sorğuda gündəlik həyatın digər zərərli vərdişlərinin də fəsadlarına dair maraqlı nəticələrdə əldə edilib.

Hesabatda yaşlı insanlara yuxudan duran kimi anidən yataqdan qalxmaq məsləhət görülmür. Çünki bu təyziqin yüksəlməsi nəticəsində müvazinətin itirlərək yıxılmalara səbəb ola bilər. Bunun üçün də yaşlı nəslin nümayəndələrinə yuxudan durduqdan sonra ən azı 3 dəqiqə yataqda qalmaq və yavaş-yavaş yataqdan qalxmaq məsləhət görülür.

Ayaqyolunda çox qalmaq da sağlamlığı pozur. Belə ki, ayaqyolunda uzun müddət qalmaq və burada mütaliə ilə məşğul olmaq qəbzliyə, bağırsaqların tənbəlləşməsinə yol açır.

Çayı və qəhvəni çox isti içmək, kompüterə 3 saatdan artıq baxmaq, daimi oturaq iş və az su içmək kimi sağlamlığa düşmən olan vərdişlər insan ömrünü qısaldan faktorlardandır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar