Arıqlamaq istəyirsizsə, bu məhlulu için
24 İyul 2013 Çərşənbə 05:06
Arıqlamağın daha bir sirri.
Arıqlamaq kök insanlarla yanaşı, bir balaca artıq çəkisi olanların ən böyük arzusudur desək yanılmarıq. Bu insanlar arıqlamaq üçün hansı üsullara əl atmırlar. ANS PRESS sizə arıqlamağın yollarından birini göstərəcək. Nanədən, cəfəridən, qara bibərdə və limondan hazırlanmış çay içməklə müəyyən müddətə artıq çəkilərdən xilas ola bilərsiz.

Yarım bağlama cəfəri, 3 top qara bibər, 2 limon və 1 litr suyu götürürük. Nanə və cəfərini incə - incə doğrayıb, limonu dilimləyirik. Bütün vəsaitləri 1 litr suya atın, 30 dəqiqə dəmlədikdən sonra süzürük.

Alınmış məhlul orqanizmdəki yağları əritməkdə çox kömək edir. Onu ilıq və ya soyuq halda içə bilərik.


DOSTLARINLA PAYLAŞ:

oyunlar