Ana südü uşaqları daha ağıllı edirmiş
05 Avqust 2013 Bazar Ertəsi 10:51
Ana südü ilə qidalanan uşaqlarla bağlı maraqlı araşdırma aparılıb
Ana südü ilə qidalanan uşaqlarla bağlı maraqlı araşdırma aparılıb. Milliyet qəzetinin xəbərinə görə, bu məqsədlə 1300 qadın və uşağın illər boyu davranış və inkişaf sxemi araşdırılıb.
Uşaqlar 3 yaşına çatanda onlara dil testi keçirilib. Araşdırmaçılar müəyyənləşdirib ki, körpə ikən 6 ay boyunca əmizdirilən uşaqlar heç əmizdirilməyənlərdən 3 bal daha yüksək nəticə göstərib. 7 yaşına çatanda uşaqlar İQ testindən də keçiriliblər. 1 il boyunca əmizdirilən uşaqlar əmizdirilməyənlərlə müqayisədə 4 bal daha yüksək göstərici əldə edib.
Araşdırmaçılar bildirib ki, əgər körpələrdən biri digərindən 1 ay daha artıq ana südü ilə qidalanıbsa, bu, onun zəka göstəricilərinə 1/3 bal təsir edir.
DOSTLARINLA PAYLAŞ: