Ana südü möcüzəsi
29 Fevral 2012 Çərşənbə 14:49
ANS PRESS ana südünün faydalarını təqdim edir.
Amerika Xəstəxanasının Pediatriuya Böülmündən Doktor Gülsəmin Güloğlu ana südünün faydaları barədə danışıb. ANS PRESS CNN Türk-ə istinadən xəbər verir ki, ana südünün faydalarını sadalayıb:
* Ana südüylə bəslənən körpələr uşaq qidası ilə bəslənənlərlə müqayisədə körpə vaxtı infeksiyalara qarşı daha müqavimətlidirlər.
* Ana südüylə bəslənən körpələrin daha sonrakı illərdə diabet, skleroz, ürək xəstəlikləri, uşaqlıq borusu xərçəngi kimi bəzi xəstəliklərə tutulma ehtimalı daha aşağıdır.
* Əmizdirən analarda gələcəkdə sümük əriməsi, döş, uşaqlıq, yumurtalıq xərçəngi kimi xəstəliklər daha az müşahidə olunur. Əmizdirən analar hamiləlik zamanı aldıqları artıq çəkini daha asan atırlar.
* Ana südünün iqtisadi üstünlükləri isə, pulsuz olması, xəstəlikləri azaltdığı üçün dərman xərclərini azaltması, hər an hazır və təzə olmasıdır.
İlk ildə ana südünün faydaları
Körpələrin ilk 6 ayda yalnız ana südü qəbul etmələri, ən azı bir il boyunca isə ana südü qəbul etməyə davam etmələri məsləhət edilir. İlk 6 ay yalnız ana südü vermək, digər qidalarla infeksiya yoluxmasının qarşısını alır. Uşağın allergiya yaradacaq maddələrlə qarşılaşmasını gecikdirir.
Ana südü infeksiyaları və immunitet sistemi xəstəliklərini azaldır:
* Ana südündəki anticisimlər körpəyə keçərək körpələri infeksiyalara qarşı qoruyur.
* Tənəffüs sistemi xəstəlikləri uşaq qidası ilə bəslənən körpələrdə daha çox olur.
*Uşaq qidası ilə bəslənən körpələrdə 3-4 dəfə daha çox ishal olur.
* Ana südü əmən körpələrdə qulaq infeksiyaları daha az olur.
* Xüsusilə inkişaf etməkdə olan ölkələrdə ana südüylə bəslənmə körpə ölümlərini azaltdığı müəyyən olunub.
* Ani körpə ölümü sindromu ana südü ilə bəslənən körpələrdə daha az müşahidə olunur.
* Ana südüylə bəslənmə körpələrdə allergiya inkişafını azaldır.
İlk ildən sonra ana südünün faydaları
* Ana südü əmən uşaqlarda diş çürükləri daha az qeydə alınır.
* Ana südü ilə qidalanan körpələrdə, uşaqlıq vaxtı piylənmə ehtimalı azdır. Uşaq qidası ilə bəslənən körpələrdə isə bu, 20-30 faiz daha çox müşahidə edilir.
* 15-dən aşağı yaşlarda xərçəngə olma ana südü əmən uşaqlarda daha az olur. Uşaq qidası ilə bəslənən uşaqlarda xərçəng 8 dəfə daha çox qeydə alınır.
* Ana südü ilə bəslənən körpələr yetkin yaşlarda yüksək təzyiq daha az olur, ürək xəstəliyi ehtimalı isə azalır.
* Ana südü ilə bəslənən körpələrdə gələcəkdə psixoloji, davranış çətinliyi kimi problemlər daha az görünür.
* Ana südü alan körpələrin gələcəkdə daha yetkin və özlərinə inamlı olduqları bildirilir.
Əmizdirmənin anaya faydaları
* Doğuşdan sonra arıqlamağı asanlaşdırır.
* Əmizdirmə əsnasında oksitosin deyilən hormon ifraz olunur və bu da uşaqlığın kiçilməsini və əvvəlki vəziyyətinə dönməsini təmin edir.
* Əmizdirən anada gələcəkdə osteporoz (sümük əriməsi) inkişaf ehtimalı azalır.
* Əmizdirən diabetik analarda insulin ehtiyacı azalır.
* Əmizdirən analarda döş, uşaqlıq, yumurtalıq xərçənginin inkişaf ehtimalı azalır.
* Əmizdirmə ana ilə körpə arasındakı ünsiyyəti artırır, ananın stresini azaldır.
DOSTLARINLA PAYLAŞ: