Alyeda dondurmasında bağırsaq çöpləri aşkarlanıb
01 Avqust 2011 Bazar Ertəsi 17:01
Alyeda dondurmasında bağırsaq çöpləri aşkarlanıb. İnsan orqanizmi üçün təhlükəli 1351 kq dondurma məhv edilib.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin dondurma istehsalı bazarında yoxlamalarını davam etdirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, ev 409 ünvanında dondurma istehsalı ilə məşğul olan fiziki şəxs İlham Məmmədova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı anbarda olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən “Alyeda” adlı dondurmalarada yağın kütlə payının və turşuluğun normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) və S.aureus bakteriyalarının (stafilokok) olduğu aşkar edilib.

Laborator müayinələrin nəticələrinə əsasən, insan orqanizmi üçün təhlükəli 1351 kq dondurmanın qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən İlham Məmmədova icrası məcburi göstəriş verilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar