Alimlər insan gözü yetişdirməyi öyrəniblər
22 Oktyabr 2011 Şənbə 11:33
Orqanın yetişdirilməsində insanın embrional gövdə hüceyrələrindən istifadə ediləcək.
Britaniya alimləri insanın kor orqanını əvəz edə biləcək göz yetişdirməyi öyrəniblər. İlk eksperimentdə sağalmaz Ştarqardt xəstəliyi üzündən görmə qabiliyyətini sürətlə itirən 12 könüllü iştirak edib. Görmə orqanlarının yetişdirilməsində insanın embrional gövdə hüceyrələrindən istifadə ediləcək.
Alimlər gözün tor qişası ilə əlaqədar problemləri olan insanlara kömək göstərə biləcək müsbət nəticə alacaqlarına ümid edirlər. Bu, gövdə hüceyrələr əsasında regenerativ təbabətin inkişafında yeni pillədir. Hazırda ABŞ-da bu hüceyrələr artıq onurğa beyni zədələnmiş insanların müalicəsində tətbiq edilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar